Məşhur şirkət qalmaqalın mərkəzində - İşçiləri izləyir, əllərini qoyduqları yeri güdürlər
    • 4-09-2020, 09:46
    • 481

Məşhur şirkət qalmaqalın mərkəzində - İşçiləri izləyir, əllərini qoyduqları yeri güdürlər

ABŞ-ın ən böyük satış şirkətlərindən biri olan "Amazon"un adı qalmaqalda hallanır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət əməkdaşlarını izləyərək onlarda əsəb gərginliyi yaradıb.

Yeni hesabata görə, şirkət işçilərin bütün hərəkətlərini izləyir, fasilələrə nə qədər vaxt sərf olunduğunu sayır və hətta anbar işçilərinin əllərini qoyduqları yeri qeyd etmək üçün xüsusi qolbaqdan istifadə edir.

Həmçinin işçilərə şirkətə şüşə qabda su və şəffaf pulqabıdan başqa heç nə keçirməyə icazə verilmir.

Günün sonunda baş tutan məcburi yoxlama bəzən bir saat çəkir.

Lakin bu da son deyil. Tapşırıqları yerinə yetirmə sürətindən geri qalanlar töhmət alır, sonra işdən qovulurlar. Bu, xüsusilə sürücülərə şamil edilir.

Sürücülər isə bütün bağlamaları vaxtında çatdırmaq üçün yol qaydalarını pozurlar.