Müharibə veteranı:
    • 7-09-2020, 18:23
    • 2 650

Müharibə veteranı: "Biz döyüşü TOY BİLİRDİK" - Öz qanımı əsgərə verirdim ki... - VİDEO

"Biz oynayaraq və gülərək döyüşə yox, sanki toya gedirdik". 

News24.az xəbər verir ki, bu fikirləri Qarabağ müharibəsi Qazisi Hüseynova Diləfruz Nuru qızı səsləndirib. 

"Döyüşdə heç vaxt arxada durmamışam. Üzərimdə həmişə silah olub. Hansısa əsgər yaralandığı təqdirdə öz qanımı vermişəm ki, sağ-salamat qayıtsın. Axı onların yolunu gözləyən var. Üç bacının bir qardaşıyam. Bir əsgər gözünü açıb demişdi ki, "məni ölməyə qoyma həkim, nişanlım var. Üç bacının bir qardaşıyam". Dedim qoymayacam öləsən. Sakit dur, səni çatdıracam.

Bu ordunun beş qurucu kişisi vardısa, altıncı qadın mən idim. Üç avtomatla gedib, beşini gətirirdik. Beşi ilə gedib, on beşini gətirirdik. Bəzən elə olub ki, əlbəyaxa döyüşə girmişik ki, iki avtomat artıq götürək", deyə D.Hüseynova bildirib.

Ətraflı videonu təqdim edirik: