Valideynlərin NƏZƏRİNƏ: "Bağçalarla bağlı TƏLİMAT GÖNDƏRİLDİ" - EKSKLÜZİV
    • 9-09-2020, 11:25
    • 1 171

Valideynlərin NƏZƏRİNƏ: "Bağçalarla bağlı TƏLİMAT GÖNDƏRİLDİ" - EKSKLÜZİV

Məktəbəqədər təhsil müəssisələri və uşaq bağçalarında COVID-19 infeksiyasının yayılması və xəstəliyə yoluxma hallarının qarşısının alınması sahəsində metodiki göstərişlər müəssisə direktorlarına göndərilib.

News24.az təlimatı təqdim edir : 

1. Məktəbəqədər təhsil müəssisələrində fəaliyyətə başlamazdan əvvəl təmir, bərpa və təmizlik işlərinin həyata keçirilməsi.
2. Girişdə və digər otaqlarda dezinfeksiya dispenserlərinin quraşdırılması.
3. Məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlamazdan əvvəl və sonrakı dövrlərdə də mütəmadi olaraq bütün personalın COVID-19 testindən keçməsinin təmin olunması.
4. Sanitar qovşaqların və tez-tez toxunulan səthlərin gün ərzində mütəmadi təmizlənməsi və dezinfeksiya olunması.
5. Məktəbəqədər təhsil müəssisələrinin bütün ərazisində həftədə bir dəfə əlavə gücləndirilmiş dezinfeksiya işlərinin həyata keçirilməsi.
6. İşçi heyətinin qoruyucu vasitələrlə təmin olunması və istifadəsi barədə təlimatlandırılması.
7. Bütün məktəbəqədər təhsil müəssisələrinin məsafədən hərarət ölçən vasitələrlə təmin olunması.
8. İnzibati bina daxilində və həyətdə COVID-19 virusuna yoluxma hallarının qarşısının alınması tədbirləri barədə maarifləndirici materialların yerləşdirilməsi.
9. İstifadə olunmuş qoruyucu vasitələrin atılması üçün xüsusi tullantı qablarının yerləşdirilməsi.
10. Kütləvi oyunların və məşğələlərin məhdudlaşdıırlması. 
11. Oyuncaqların hər istifadədən sonra dezinfeksiya edilməsi, dezinfeksiyası mürəkkəb olan oyuncaqların istifadə olunmaması. 
12. Yataq, yemək və oyun otaqlarında ara məsafənin saxlanılması ilə bağlı mümkün tədbirlərin görülməsi.
13. İşçi heyətin işə başlamazdan əvvəl hərarətinin ölçülməsi.
14. Məktəbəqədər təhsil müəssisələrinə daxil olan hər kəsin girişdə hərarətinin ölçülməsi.
15. Uşağı bağçaya gətirən şəxslərdən uşağın təvil alınması prosesində uşağın və onu gətirən şəxsin hərarətinin ölçülməsi zamanı yüksək hərarət və sağlamlığında hər hansı şübhələr yarandığı halda müvafiq tədbirlərin görülməsi. 
16. Ərzaq təminatı ilə məşğul olan şəxslərin məktəbəqədər təhsil müəssisələrinə girişinin minimuma endirilməsi.
17. Yeməkxana və sanitar qovşaqlarda daim isti və soyuq suyun təmin edilməsi. 
18. Məktəb, yemək otağı və sanitar qovşaqlar sanitar-gigiyenik tələbələrə cavab verilməlidir. 
19. Hər uşaq qrupu üçün ayrılmış xüsusi otaqlardan istifadə edilməsi və açıq havada hər qrupun ayrı-ayrılıqda təlim keçməsi təmin edilməlidir. 
20. Musiqi və idman zallarında hər istifadədən sonra dezinfeksiyaedici maddələrin tətbiqi ilə nəm üsulla təmizlik işləri aparılmalıdır. 
21. Yeməkdən əvvəl açıq havada olduqdan və ya ayaqyolundan sonra habelə digər çirklənmə hallarında uşaqların əllərinin vaxtında və keyfiyyətli yuyulmasına qrup müəllimləri şəxsi məsuliyyət daşımalıdır. 
22. Qrup müəllimələri texniki heyətin başqa qruplarda fəaliyyət göstərən həmkarlarını əvəz etməsi və ya rotasiyası qadağandır.