Balaxanıda vətəndaşı döyüb maşınını qaçırdılar
    • 22-09-2020, 13:58
    • 482

Balaxanıda vətəndaşı döyüb maşınını qaçırdılar

Balaxanı qəsəbə sakini A.Şahgəldiyev sentyabrın 20-də qəsəbə ərazisində 5 nəfərin onu döyərək “Niva” markalı avtomobilini aldıqlarını bildirib. 

News24.az DİN-ə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobil sahibinə qaytarılıb. 

Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.