"İkinci övladı arzu edirdim, amma..." - XATİRƏ
    • 23-09-2020, 15:14
    • 462

"İkinci övladı arzu edirdim, amma..." - XATİRƏ

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam Türkiyədə xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, sənətçi bununla bağlı "instagram"da  açıqlama verib: "Məni sevən izləyicilərim hər şey normaldır. Narahat olmayın. Mənə yazan bütün dostlarıma deyirəm Allah sizə dəyməsin. Mədəmdən 8 ildir müalicə alıram. Ağrıyırdı, görək bundan sonra necə olacaq. Yəqin ki, çox yeməkdəndir. Qaldı ki, bəzi estetik etdiyimi düşünənlərə demək istəyirəm ki, insan ağzını tam bağlayıb ac qalmasa o, heç vaxt arıq ola bilməz. Yediyimiz və içdiyimiz su belə kökəlmə verir. Bu isə bütün qidaların suni olması və yaşayış tərzimizə bağlıdır. Yəni gördüyünüz o arıqlar aylarla ac qalır. O, da bir şey deyil məncə. Yəni hələki elə bir istəyim yoxdur. Mən 59 kiloqramdan 76-a gəldim. Düzdür burada Bakıda etdiyim qeyri-peşəkar başqa bir müalicəm səbəbkardır. Yəni yemədən dərmanlar məni məhv elədi. Çünki Emilə ya bacı ya da qardaş arzılayırdım. Çox uğursuz bir iş oldu və sonda bu çəkiyə gəldim. Boşuna şişməyim özümə qaldı".

Sevda Bayramova