"Pişik qadın" HƏBS EDİLDİ
    • 24-09-2020, 13:38
    • 465

"Pişik qadın" HƏBS EDİLDİ

Avstraliyalı Monika Agostino soyğunçuluq, bıçaq saxlama və narkotik cinayətlərinə görə iki il həbs cəzasına məhkum edilib.

News24.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb. Bildirilib ki, 25 yaşlı xanım müntəzəm olaraq "İnstaqram" hesabında komiks personajı olan "Pişik qadın" obrazında fotolarını yayımlayıb.

O, Avstraliyada əmlak agentliyi və model olaraq çalışıb. Onun həyatı oğurluq edən yeniyetmələri avtomobili ilə gedəcəkləri yerə apardıqdan sonra dəyişib. Bundan sonra o, ard-arda cinayətlər törədməyə başlayıb.

2 il müddətinə həbs olunan oluna qadın müəyyən məbləğdə girov ödəyərək azadlığa çıxıb. Lakin şərtləri pozduğu üçün bir müddət sonra yenidən məhkəmə qarşısına çıxıb və 1 il 6 ay müddətinə həbs edilib.