-
- 25-09-2020, 09:56
- 534
"Prezident Heydər Əliyev" tankeri əsaslı təmir olundu
“Prezident Heydər Əliyev” tankerinin əsaslı təmiri başa çatıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən News24.az-a verilən məlumata görə, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.
Gəminin baş və köməkçi mühərrikləri, boru sistemləri, mexanizmləri təmir edilib. Tanker üzrə elektrik-quraşdırma və avtomatika, eləcə də gövdə-qaynaq işləri yerinə yetirilib.
Gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib. Təmir zamanı tankerin sualtı və suüstü hissələri və göyərtəsi təmizlənərək rənglənib. Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından keçib və istismara qaytarılıb.
Xatırladaq ki, “Prezident Heydər Əliyev” gəmisi QSC-nin Nəqliyyat Donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.