Cəlilabadda həkimi avtomobil vurub
    • 26-09-2020, 10:19
    • 541

Cəlilabadda həkimi avtomobil vurub

Cəlilabad rayonunda yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə "Sevinc" şadlıq sarayının qarşısında qeydə alınıb.

Belə ki, "Jiquli" markalı minik avtomobili Cəlilabad şəhər sakini Böyükağa Ələkbərovu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, B.Ələkbərov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında endokrinoloq kimi çalışır.

Faktla bağlı araşdırma aparılır.