Antalyadakı qeyri-hökumət təşkilatları və siyasi partiyalardan Azərbaycana dəstək - FOTO
    • 8-10-2020, 17:09
    • 867

Antalyadakı qeyri-hökumət təşkilatları və siyasi partiyalardan Azərbaycana dəstək - FOTO

Türkiyənin Antalya şəhərində fəaliyyət göstərən qeyri-hökümət təşkilatları Ermənistanın Azərbaycana qarşı təxribatlarını qınamaq və buna cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əməliyyatlara dəstək olublar.

News24.az xəbər verir ki, "Antalya Azərbaycan Mədəniyyət və Birlik Təşkilatı"nın ofisini MHP Antalya İl Başkanı Hilmi Duğun və İdarə heyəti üzvləri, Qazaxıstan və Avrasiya Dövlətləri Dostluq və Kültür Dərnəyinin prezidenti Akmaral Ryspai, Astana Beynəlxalq Qazaxıstan Birliyinin vitse-prezidenti Karlığaş Hocamurat, Ukrayna Mədəniyyət və Sənət Dərnəyinin vitse-prezidenti Dmitriy Bibik, AHDER İdarə Heyətinin üzvləri, Yeniden Refah və MHP-nin başkanı, İraq və Türkmənlər Dərnəyinin Başçısı Kürşat Çavuşoğlu, Respublika Qadınlar Dərnəyinin şöbə başçısı, İYİ Partinin rəhbəri Mehmet Başaran ziyarət ediblər.

Təşkilatların rəhbərləri hər zaman Azərbaycanın yanında olduqlarını və Azərbaycan Ordusunu dəstəklədiklərini ifadə ediblər.

Ofisi ziyarət edən qonaqlara Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı barədə danışılıb, düşmənin qəfil və xain hücumu nəticəsində hərbçilərimizin və mülki şəxslərin həlak olduğu və yaralandığı, Azərbaycan Ordusunun bu təxribata layiqli cavab verdiyi barədə ətraflı məlumat verilib.

O cümlədən, Xocalı Soyqırımından bəhs edən kitab, broşür və CD-lər təqdim edilib.

Qeyd edək ki, Azərbaycan-Ermənistan təmas xəttində baş verənlər Türkiyə əhalisi tərəfindən yaxından izlənir. Ölkənin müxtəlif bölgələrində dəstək aksiyaları təşkil olunur, televiziya proqramları hazırlanır.