"Bayrağımız Qarabağda Dalğalanacaq" - VİDEO - FOTOLAR
    • 10-10-2020, 14:15
    • 600

"Bayrağımız Qarabağda Dalğalanacaq" - VİDEO - FOTOLAR

İş xanımı, xeyriyyəçi Ruhi Əliyeva daha bir təqdirəlayıq addım atıb.

News24.az xəbər verir ki, "Liatris Holding"in sahibi R. Əliyeva paytaxt sakinləri üçün bayraq aksiyası təşkil edib. Şirkət əməkdaşları vətəndaşlarımıza pulsuz bayraqlar hədiyyə ediblər. Aksiyada 100-ə yaxın vətəndaşımıza üç rəngli, aylı ulduzlu bayrağımız bağışlanıb. Təşəbbüsün əsas məqsədi insanlarda vətənpərvər hissini oyadaraq ruh yüksəkliyi yaratmaqdır.

Vətəndaşlar da onlar üçün yaradılan şəraitdən məmnunluqlarını dilə gətirib, Azərbaycana sevgilərini bəyan edərək, Şanlı Ordumuza uğurlar arzulayıblar. Lentə alınan kadrlardan da göründüyü kimi insanlar öz sevinc və təəccüblərini gizlətməyiblər. 

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov, Nurlan GM