Erməni barbarlığı FOTOLARDA - Gəncədən FOTOREPORTAJ
    • 11-10-2020, 21:34
    • 533

Erməni barbarlığı FOTOLARDA - Gəncədən FOTOREPORTAJ

Gördüyünüz bu şəhər erməni seperatçıları tərəfindən hücuma məruz qalan Gəncədir. Düşmən elə bilir ki, atdığı raketlərlə Gəncə əhalisini və ümumən yurdumun insanını qorxudacaq. Amma onlar bu xalqın kədərdən, ağrıdan, izdihamdan qovrulub, illər ərzində daha da möhkəm və iradəli olduğunu qanmır, qanmayacaq da.. 

Bu reallıq erməni xislətinin, geninin humanizmdən yad şəkildə öldürməyə, dağıtmağa, məhv etməyə meyilli olduğunun bariz nümunəsidir. Orduyla savaşmaq yerinə cəbhədən kənar strateji obyektlərə atəş açır. Bunu qoyaq bir kənara. Mülki əhaliyə atəş açır. Dəhşətli faktdır. Amma ən dəhşətlisi odur ki, erməni hakimiyyəti günahsız, hər şeydən xəbərsiz və ya həyatı tam dərk etməyən körpələrə atəş açır. Ermənistan uşaq qatilidir. Rastınıza çıxan fotolar bunun əyani göstəricisidir. Erməni insanına humanizmdən danışmaq sahilin kənarında dənizə saatlarla nəyisə izah edib, cavab verəcəyini gözləmək kimi bir şeydir. Boş və mənasız...

News24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşları hadisə yerindən fotoları sizə təqdim edir:

Teymur Məmmədov
Emin Qasımov

Gəncə