Soydaşlarımız Fransanın qərəzli mövqeyinə etiraz olaraq bəyanat qəbul edib
    • 14-10-2020, 10:46
    • 661

Soydaşlarımız Fransanın qərəzli mövqeyinə etiraz olaraq bəyanat qəbul edib

Soydaşlarımız Fransanın ölkəmizə qarşı qərəzli yanaşmasına etiraz olaraq bəyanat qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən News24.az-a ki, bəyanatda sentyabrın 30-da Fransa Prezidenti Emmanuel Makron Latviyanın paytaxtı Riqada Ermənistan-Azərbaycan münaqişəsi və cəbhədə baş verənlərə toxunaraq həqiqətə uyğun olmayan qeyri-ciddi açıqlamalar verdiyi qeyd edilir. 

Daha sonra Fransa kimi dövlətin prezidenti olaraq saxta məlumatlar və şayiələr əsasında, heç bir dəlil-sübutsuz Azərbaycana qarşı böhtan atıb. Bu açıqlamalar dünyada yaşayan bütün azərbaycanlıların kəskin etirazına səbəb olub. Bu bir daha göstərir ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi tərəfsizliyini qoruya bilmir.

Bildirilir ki, vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Fransa təcavüzkar Ermənistan ilə işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli surətdə işğalçı Ermənistanı müdafiə edir.

Bəyanatda xatırladılır ki, Fransa 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən məlum dörd qətnaməsinin lehinə səs verən ölkədir.

Həmçinin, müraciətdə Azərbaycanın haqlı olduğu qeyd edilib, dünya dövlətlərinə və beynəlxalq təşkilatlara ədalətli yanaşma çağırışı edilib.

Qeyd edək ki, bəyanatı Azərbaycan, Türkiyə, İsrail, Rusiya, Qırğızıstan, Qazaxıstan və s. ölkələrdə yaşayan azərbaycanlılar, eləcə də dost xalqların nümayəndələri də daxil olmaqla, ümumilikdə 44 nəfər imzalayı