-
- 17-10-2020, 18:10
- 577
“Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”nin təsdiq edilməsi haqqında qərarın - İZAHI
Nazirlər Kabineti “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”nin təsdiq edilməsi haqqında qərarın izahını verib.
News24.az-ın məlumatına görə, izahda qeyd olunub ki, psixoloji yardımın bir çox növləri və formaları bütün dünyada olduğu kimi Azərbaycanda da şəxslərə ödənişli əsaslarla göstərilir.
Eyni zamanda məktəblilər, əlillər, veteranlar və digər şəxsləri əhatə edən elə əhali qrupları vardır ki, onlara pulsuz psixoloji yardım göstərilməlidir. Bunu nəzərə alaraq ödənişsiz klinik psixoloji yardımın dövlət səhiyyə müəssisələri tərəfindən göstərilməsi nəzərdə tutulub. Həmçinin, sənəddə həmin qrup əhaliyə ödənişsiz psixoloji yardımın hansı qaydada və ardıcıllıqla veriləcəyi bildirilib.
Bundan başqa, sənəddə təcili və təxirəsalınmaz hallarda (fövqəladə hallar, müharibə və s.) Azərbaycan Respublikası vətəndaşlarına ödənişsiz psixoloji yardımın göstərilməsi qeyd edilib.
Beləliklə ölkə üçün geniş sahəni (təhsil, səhiyyə, cəza çəkmə müəssisələri, sosial xidmət müəssisələri və s.) əhatə edən ödənişsiz psixoloji yardım nəzərdə tutulub.
Sənəddə eyni zamanda insan alveri və məişət zorakılığına məruz qalan şəxslərlə bağlı qəbul edilmiş dövlət proqramlarına əsasən ödənişsiz psixoloji yardımın göstərilməsi nəzərdə tutulur.