"Ermənilər ancaq terrorçulardan ibarətdir" - KUBİLAY PENBEKLİOĞLU - EKSKLÜZİV
    • 21-10-2020, 13:57
    • 1 035

"Ermənilər ancaq terrorçulardan ibarətdir" - KUBİLAY PENBEKLİOĞLU - EKSKLÜZİV

"Özümü baş verən hadisələrin tam olaraq içində görürəm və yaxından izləyirəm. Mən özüm bolşevik və ermənilərin zülmü ilə torpaqlarımızdan qovulan böyük nəslin nümayəndəsi, bilavasitə nəvəsiyəm. Babalarım Qafqazdan məcburi köçüblər. Onlar da ermənilərin qəddarlığı ilə üz-üzə gəliblər. Məhz buna görə sizin kədərinizi bütün qəlbilmlə hiss edirəm". 

Bu sözləri News24.az-a eksklüziv açıqlamasında Türkiyənin tanınmış aktyoru Kubilay Penbeklioğlu deyib. O, Azərbaycan Ordusu ilə qürur duyduğunu bildirib: "Azərbaycan öz müstəqilliyinə çox bağlı bir ölkədir. Məhz buna görə də Qafqazda çox önəmli bir yerdə məskünlaşıb. Bütün bu zalımlığa və zülmə qarşı daim mübarizə aparır. Bayraq, vətən, millət sevgisi sayəsində hər zaman uğur qazanıb. Bu gün Azərbaycan maddi baxımdan çox şeyi itirə bilər, amma mənəvi olaraq qazancı çox böyükdür, heç bir şeylə ölçülə bilməz. Bu səbəbdən də Azərbaycan mənim gözümdə Qafqaz coğrafiyasında bir çox ölkələrdən nəzərən daha öndədir. Heydər Əliyevin səyləri nəticəsində sizin ölkəniz hər zaman dik duruşu, qüruru ilə fərqlənib. Buna görə də biz də hər zaman olduğu kimi Azərbaycan Ordusu ilə fəxr edirik".

Aktyor ermənilərin sivil insanlara qarşı atdığı addımları cinayət kimi qiymətləndirib: "Çox üzgünəm. Azərbaycan Ordusu qardaş Türkiyə Silahlı Qüvvələri ilə birgə addımladığına görə hər zaman düzgün yolda irəlləyir. Onlar 30 ildə bu müharibədə yeni texnoloji avadanlıqlara sahib olub, onlardan ən düzgün şəkildə istifadə etməyi bacarırlar, amma Ermənistan Ordusu haqda bu sözləri demək mümkün deyil. Onların Ordusu daha çox terrorçulardan ibarətdir. Azərbaycan Ordusunun apardığı mübarizənin tək məqsədi var o da öz torpağlarının tezliklə işğaldan azad etməkdir. Ermənilər isə öz xislətlərindən geri qalmayaraq bütün addımlarını alçaqcasına atırlar. Onlar günahsız xalqa, uşağa, qadına əl qaldırırlar. 1918-ci ildə babalarıma nə etdilərsə, indi eynisini Azərbaycan xalqına edirlər. Onlar müharibə cinayəti işləyirlər. Qərb də nədənsə susur. Çünki, tək istəkləri müsəlmanlıq və türklüyün zərər görməsidir. Ona görə də erməniləri lənətləyirəm. Çünki, onlar insanlıqdan bixəbərdilər. Heç kim bunu təsdiq etməməli, əksinə onları lənətləməlidirlər. Gördüklərim canımı yandırır. Mən də bacardığım qədəri ilə öz sosial şəbəkə hesablarımda bununla bağlı paylaşımlarımı edirəm".

K. Penbeklioğlu müğənni Hilal Cebecinin Azərbaycan xalqı haqda dediyi təhqirlərdən də söhbət açıb: "Sözə yox onu deyənə baxmaq lazımdır. Bu fikirləri, təhqirləri edən qadın mənim gözümdə dəyərsiz və yazıqdır. Məncə, o bu sözləri gündəmə gəlmək üçün deyib. Daha doğrusu çılpaq şəkillərini ört-basdır etmək üçün. Əvvəllər o, açıq-saçıq şəkillərlə maqazin gündəminə gəlirdi, indi də belə danışılmaq istəyir. Onun Azərbaycan xalqı haqda artıq-əskik fikir deməsinə icazə verməməliyik. Belə çart səslərə qulaq asmaq lazı deyil. Görəcəksiniz, Türkiyə onu bu addımına görə qaralayacaq. O, birinci öz keçmişini təmizləsin sonra nəsə desin".

Sevda Bayramova