"Qarabağ Azərbaycandır! Bunun əksi ola bilməz" - YILDIZ KÜLTÜR - EKSKLÜZİV
    • 19-10-2020, 17:58
    • 2 453

"Qarabağ Azərbaycandır! Bunun əksi ola bilməz" - YILDIZ KÜLTÜR - EKSKLÜZİV

"Azərbaycanda baş verən hadisələri anbaan televiziyadan izləyirəm. Biz iki dövlət, bir millətik. Hadisələri ürək yanğısı ilə izləyirəm. İllərdir Qarabağın əlinizdən alındığını və onun üçün necə böyük əzmlə mübarizə apardığınızı çox yaxşı bilirəm. Yaşananlar ancaq vəhşilikdir. Onlar insanlıqdan bixəbərdilər. Burda başqa söz demək mümkün deyil".

Bu sözləri News24.az-a eksklüziv açıqlamasında Türkiyənin məşhur aktrisası Yıldız Kültür deyib. O, işğalçı Ermənistanın Gəncədə törətdikləri terrordan məyusluğunu dilə gətirib: "Hələ azyaşlı uşaqların, körpələrin o görüntüləri çox dəhşətlidir. Belə bir şey olmaz, ola bilməz, bu insanlıqdan çox uzaqdır. Bu insanlıq deyil. Bir insanın edə biləcəyi bir şey deyil. Çox qorxuncdur. Bu müharibənin artıq bir yerdə durması gərəklidir. Kimsə ermənilərə dur deməlidir artıq. Belə davam edə bilməz. Bu uşaqlara edilən ən böyük və çox dəhşətli hücumdür. Çox üzgünəm, amma onu dəqiqliklə deyə bilərəm ki, Qarabağ Azərbaycandır. Bunun əksi ola da bilməz. İnşAllah Azərbaycan öz torpaqlarını tezliklə geri qaytaracaq".

Aktrisa onu da bildirib ki, gələcəkdə Qarabağla bağlı bir filmdə rol almaq təklif olunsa böyük məmnuniyyətlə qəbul edər: "Azərbaycan bizim qardaşımızdır və ordan gələn istənilən təklifə razılıq verərəm". 

Sevda Bayramova