"Gələcəklə bağlı böyük xəyalları olan yaraşıqlı gənc bu gün vəfat etdi" - Hikmət Hacıyev
    • 24-10-2020, 12:23
    • 582

"Gələcəklə bağlı böyük xəyalları olan yaraşıqlı gənc bu gün vəfat etdi" - Hikmət Hacıyev

"Həyat dolu və gələcəklə bağlı böyük xəyalları olan yaraşıqlı 13 yaşlı gənc - 17 oktyabrda Ermənistanın Gəncəyə endirdiyi raket zərbəsindən ağır yaralanan Rusiya vətəndaşı Mayakov Artur Vasilyeviç. Xalasının qonağı idi. Bu gün vəfat etdi".

News24.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncəyə atılan raket nəticəsində xəsarət almış bu gün isə vəfat edən 13 yaşlı yeniyetmənin fotosunu Tvitter" hesabında paylaşaraq yazıb.