Ermənilər döyüşlərə 2 min nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər - MN
    • 28-10-2020, 09:00
    • 371

Ermənilər döyüşlərə 2 min nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər - MN

"Düşmənin avtomobil texnikalarının sayının əhəmiyyətli dərəcədə azalması ön xətdəki bölmələrin ərzaq, silah və sursatla təminatında problemlər yaradıb".

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir. Döyüşlərə cəlb etmək məqsədilə 2 000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər.