BAKIDA 500 MIN MANATLIQ DƏLƏDUZLUQ EDƏN QADIN TUTULDU - VİDEO
    • 13-10-2018, 19:00
    • 825

BAKIDA 500 MIN MANATLIQ DƏLƏDUZLUQ EDƏN QADIN TUTULDU - VİDEO

Bakıda vətəndaşlara yarım milyon manata yaxın ziyan vuran qadın tutulub. Neftçala sakini Fəxrəndə Səfərovanı Yasamal Rayon Polis İdarəsinin əməliyyatçıları çoxsaylı şikayət əsasında tutublar.

Dələduzluqda şübhəli bilinən gənc xanım sosial şəbəkədə mağaza açmaq üçün özünə şərik axtardığı barədə elan yerləşdirib. 

Məlum olub ki, F.Səfərova “Instagram” sosial şəbəkəsində kosmetik əşyaların satılması üçün “İnşaatçılar” metrostansiyası yaxınlığında mağaza açdığı barədə məlumat yayaraq, özünə şərik axtardığını bildirib.

Müstəntiq Cavid Əhmədovun sözlərinə görə, Fəxrəndə Səfərova təxminən 35 nəfərə 480 min manatdan çox ziyan vurub. Polis zərərçəkənlərin artacağını da istisna etmir.

İstintaqa ifadəsində F.Səfərova bildirib ki, vətəndaşların köməyi ilə iki mağaza açıb və bir müddət də qazancı onlarla bölüşüb.

Faktla bağlı cinayətə işi başlanıb, istintaq davam edir. 

//Xəzərxəbər.com