"Azərbaycan ordusu Şuşaya nəfəs qədər yaxındır" - Prezident
    • 3-11-2020, 13:55
    • 427

"Azərbaycan ordusu Şuşaya nəfəs qədər yaxındır" - Prezident

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyənin sabiq Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

News24.az xəbər verir ki, görüş Türkiyə mediasında geniş işıqlandırılıb.

"HaberTürk" saytının görüşlə bağlı yaydığı məlumatda qeyd edilib ki, B.Yıldırım Prezident İlham Əliyevə "Hamıya maraqlıdır, Şuşada vəziyyət necədir?" sualını ünvanlayıb.

Prezident İlham Əliyev cavabında bildirib ki, Azərbaycan ordusu Şuşaya bir nəfəs qədər yaxındır.

Ölkə başçısı eyni zamanda qeyd edib ki, biz ərazi şəraitinə görə çox diqqətli davranırıq: "Ermənistana davamlı olaraq silah və hərbi texnika gəlir. İndiyə qədər 300-dən çox tankı və 8 ədəd S300 müdafiə sistemini məhv etdik. Bunlar S400-dən biraz zəifdir. Bu silahları Gürcüstan üzərindən sınadılar, amma bacarmadılar. Sonra cinayət törədib bu silahları mülki təyyarələrlə daşıdıqlarını bilirik. Bu mövzuda beynəlxalq qurumlara da müraciət etdik, amma nəticəsi olmadı".