MN: Düşmən ağır itkilərə məruz qalıb
    • 3-11-2020, 15:30
    • 438

MN: Düşmən ağır itkilərə məruz qalıb

Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.