Ermənilərin "öldürdük" dediyi polkovnikimiz xidmətini davam etdirir
    • 4-11-2020, 12:27
    • 347

Ermənilərin "öldürdük" dediyi polkovnikimiz xidmətini davam etdirir

Ermənistan silahlı qüvvələrinin ötən gün guya Azərbaycan ordusunun polkovniki Hafiz Ağayevi öldürməsi ilə bağlı yaydıqları xəbər növbəti yalan məlumatdır.

Müdafiə Nazirliyindən News24.az-ın sorğusuna cavab olaraq bildirilirb ki, polkovnik Hafiz Ağayevin səhhəti yaxşıdır və hazırda xidmətini davam etdirir.

Beləliklə, ermənilərin yaydığı bu cəfəngiyyat da "feyk-nyus"dan başqa bir şey deyil.