Qanlı 8 rəqəmi Şanlı 8 rəqəmi ilə ƏVƏZLƏNDİ - ŞUŞA ZƏFƏRİ FOTOLARDA
    • 8-11-2020, 19:52
    • 767

Qanlı 8 rəqəmi Şanlı 8 rəqəmi ilə ƏVƏZLƏNDİ - ŞUŞA ZƏFƏRİ FOTOLARDA

Xəbər verdiyimiz kimi, bu gün Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyini elan etdikdən sonra vətəndaşlar küçələrə çıxaraq bunu qeyd ediblər. 

News24.az
xəbər verir ki, insanlar əllərində bayraqlar, güllər olan sakinlər şəhərin müxtəlif yerlərində yürüş həyata keçiriblər. 
Piyada və maşınla hərəkət edən vətəndaşlar müxtəlif qələbə şüarları səsləndiriblər. 

Qanlı 8 rəqəmi Şanlı 8 rəqəmi ilə əvəzləndi. Bu şanlı tarixi Azərbaycan xalqı qeyd edir. İnsanlarımızın sevinc hissini fotolara həkk etdik. 

Fotoların müəllifi Fərid Şabanovdur