İki Qarabağ müharibəsinin qəhrəmanı “Maştağa”nın cəbhədə ad günü - Video
    • 14-11-2020, 10:53
    • 560

İki Qarabağ müharibəsinin qəhrəmanı “Maştağa”nın cəbhədə ad günü - Video

İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan “Maştağa” ləqəbli Vidadi adlı döyüşçümüz öz doğum gününü cəbhədə hərbçi dostları ilə birgə qeyd edib.

News24.az xəbər verir ki, sosial şəbəkələrdə hərbçimizin doğum günündən olan görüntülər yayılıb.

Hərbçimiz təbriklərə cavab olaraq bu fikirləri səsləndirib: “Siz mənə qanad verdiniz, siz məni cavanlığıma qaytardınız. Allah sizin hər birinizi sağ-salamat döyüşlərdən çıxarsın! Analar sevinsin. O gün olsun bax belə Xankəndidə yığışaq!”

Xatırladaq ki, “Maştağa” ləqəbli döyüşçümüz həm də Birinci Qarabağ müharibəsinin qəhrəmanlarındandır. Həmin dövrdən qalan nadir görüntülərdən birində döyüşçü dostları onun qəhrəmanlığından danışıb, xüsusən, Ağdərənin alınmasında böyük rolu olduğunu qeyd ediblər.