BNA sözçüsü: "Sürət həddini AŞAĞI SALSINLAR
    • 16-11-2020, 11:37
    • 357

BNA sözçüsü: "Sürət həddini AŞAĞI SALSINLAR"

“Sürücələrə tövsiyələrimiz budur ki, metereoloji amilləri nəzərə alıb, sürət həddini aşağı salsınlar”. 

Bunu News24.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, su yığılan ərazilərdən keçərkən, sürücülər diqqətli olmalıdır: “Karantinlə əlaqədar olaraq sərnişindaşımanı avtobusların təşkil etdiyini nəzərə alaraq, onların hərəkətinə şərait yaratmalıyıq. Adi günlərdən fərqli olaraq avtobusların hərəkəti daha əhəmiyyətlidir”.