Fulya Öztürk "Liatris Holding"in qonağı olub - VİDEO - FOTOLAR
    • 16-11-2020, 14:32
    • 1 206

Fulya Öztürk "Liatris Holding"in qonağı olub - VİDEO - FOTOLAR

Azərbaycanın haqq səsini dünyaya çatdıran jurnalistlərdən biri olan Türkiyənin "CNN Türk" telekanalının müxbiri Fulya Öztürk “Liatris Holding”in qonağı olub.

News24.az xəbər verir ki, Fulya Öztürkü “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva qəbul edib.

Ruhi Əliyeva jurnalistika sahəsinə hər zaman böyük hörmətinin və sevgisinin olduğunu ifadə edib. O, 44 günlük vətən müharibəsində Gəncə və Bərdədə baş verənlərə bizim qədər üzülüb, qələbəmizə bizim qədər sevinən Fulya Öztürklə tanışlıqdan şad olduğunu dilə gətirib.

R.Əliyeva bu ağır və şərəfli günlərdə Azərbaycanımızın yanında olduğu üçün F.Öztürkə təşəkkür edib. 

Azərbaycanlı iş xanımı qardaş ölkənin media təmsilçilərinə müxtəlif hədiyyələr təqdim edib. Ruhi Əliyeva Fulya Öztürkə Şuşanın simvollarından hesab edilən Xarıbülbülü özündə əks etdirən yaxa sancağını da xatirə olaraq hədiyyə edib.

"Bu broşu Şuşaya gedərkən yaxanıza taxmanızı istərdim" deyə, R.Əliyeva qeyd edib.   

Görüş zamanı "Liatris Holding"ə daxil olan qurumların fəaliyyəti barədə qonağa geniş məlumat verilib, media sahəsində qarşılıqlı əlaqələrin inkişafı yönündə məsələlər müzakirə olunub. 

Görüntüləri təqdim edirik:  

VİDEO: Fərid Şabanov
FOTO: Teymur Məmmədov