"Bütövləşmiş Ağdamımıza gedəcəyik, uşaqlığıma qayıdacağam..." - AYGÜN BAYRAMOVA
    • 20-11-2020, 18:32
    • 935

"Bütövləşmiş Ağdamımıza gedəcəyik, uşaqlığıma qayıdacağam..." - AYGÜN BAYRAMOVA

"Müharibə başlayandan hər birimizin içində bir nigaranlıq var idi, amma nəticəsi çox gözəl oldu. Heç kim müharibənin dayanmasını istəmirdi. Çünki, hər birimiz Qarabağımıza getməyi arzu edirdik. Hazırda həm kədərli, həm də sevincli hisslər yaşayırıq. Torpağımıza qovuşuruq, amma şəhidlərimizin xəbərləri məni çox üzür. Onların hər birinin qarşısında baş əyirəm. Onların yeri cənnətdir, biz onları unutmamalıyıq".

Bu sözləri News24.az-a açıqlamasında uzun illərin ayrılığından sonra doğma yurduna, Ağdamına qovuşan Xalq artisti Aygün Bayramova deyib: "Uşaqlığım, məktəb illərim Ağdamda keçib. İnanın ki, bu dəqiqə ora getsəm hər yeri taparam, heç bir yeri unutmamışam. Binaları, teatrları, mədəniyyət saraylarının bütün ünvanlarını çox gözəl bilirəm. Bir Ağdamlı olaraq sevincimin həddi-hüdudu yoxdur. Biz əvvəllər yarımçıq Ağdama gedirdik, indi isə bütövləşmiş Ağdamımıza gedəcəyik. Orda mədəniyyətimizin inkişafı istiqamətində işlər görəcəyik. İlk addımımı atan kimi dərindən nəfəs alacağam. Oranı Cənnət Qarabağ edəcəyik. Nə gözəl ki, indi əsgərlərimiz doğma yerlərimizdə azan, muğam ifa edirlər".

Xalq artisti mənfur düşmənlərimizin qəddar hərəkətlərindən bəhs edib: "Çox təəssüf ki, düşmənimiz ilk gündən torpaqlarımızı məhv edib. O, şərəfsizlər özləri üçün daxma tikərək orda yaşayırdılar. Bəlkə də biz heç heyvanlarımızı orda saxlamarıq. Onlar oranı da yandırdılar. Körpələrini qoyub əvəzinə unitaz götürürdülər. Körpəsini unudan murdar məxluqlardan nələr gözləmək olmaz ki?.. Bu biabırçılıqdır, dəhşətdir. Ermənilərin bir adı var, o da ki, vəhşilər. Onlar bu illər ərzində torpağımıza işgəncə veriblər. Qarabağ onların əlindən qan ağlayır. Ermənilərə insan demək olmaz. Azad olunmuş yerlərin bir çoxunda donuz var idi. Onlar elə ona layiqdir".  

Sevda Bayramova