-
- 26-11-2020, 10:06
- 743
Elxan Məmmədov "Qarabağ" - "Sivasspor" matçından danışdı
"Qardaş ölkə Türkiyənin təmsilçisi ilə eyni qrupda mübarizə apardığımız üçün xoşbəxtik. Daha əvvəl II təsnifat mərhələsində "Neftçi" "Qalatasaray"la üz-üzə gəlmişdi".
News24.az xəbər verir ki, bu fikirləri AFFA-nın icraçı prezidenti Elxan Məmmədov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"a qarşı keçirəcəyi matçdan əvvəl Türkiyə mətbuatına açıqlamasında deyib.
O Ağdam təmsilçisinin III turda Sivasda rəqibinə 0:2 hesabı ilə uduzduğunu xatırladıb: "Nəticə nə olursa, olsun, qazanan dostluq və qardaşlıq olacaq".
Qeyd edək ki, "Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsinin IV tur matçında "Sivasspor"u qəbul edəcək. Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.