"Kim nə qədər gülmək istəyirsə gülsün..." - AYBƏNİZ HAŞIMOVA - FOTO
    • 9-12-2020, 15:49
    • 1 041

"Kim nə qədər gülmək istəyirsə gülsün..." - AYBƏNİZ HAŞIMOVA - FOTO

Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədəki səhifəsində arxiv fotosunu paylaşıb.

News24.az xəbər verir ki, sənətçinin şəklin altında yazdığı şərhi diqqət çəkib: "Arxivi vərəqləyirdim, birdən dünyamızın ən sakit, müharibəsiz, qadasız, bəlasız illərindən olan şəklim çıxdı qarşıma. Bu şəkil İraq səfərimdə avtobusda gözəl rəqqasımız Xanlar Bəşirov tərəfindən çəkilmişdir. O illərdə də, düzünü deyim varlı varlı idi, kasıb isə kasıb. Amma insanlar rahat, sakit həyat yaşayırdılar. Analar, atalar ağlamırdı...güləndə də, ürəkdən gülürdülər mənim kimi...O vaxt çox güləyən, həyatı sevən bir qiz idim.Yanımdakılar hey deyərdi: ay qiz, az gül...Mən indi heç kimə demirəm az gül...qoyun kim nə qədər gülmək istəyirsə gülsün. Birdən ömür vəfa ettməz. Körpə-körpə şəhidlərin şəklinə baxıb hey ağlayıram. Axı, onların ölümə təslim olan vaxtları deyildi. Canınızı bir göz qırpımında necə fəda edə bildiniz ay balalar?! Bütün dərdlərin şahı şəhidlər. Yatdınız torpağa, bada verdiyiniz canınıza,torpağımıza qarışan ruhunuza qurban olum. Səhifəmdə nə qədər şəhid ailələri var, hamınızın dərdinizə qurban olum". 

Sözügedən fotonu təqdim edirik:

Sevda Bayramova