"Qaragöz" filmi təqdim olundu - FOTOLAR - VİDEO
    • 17-10-2018, 14:27
    • 4 820

"Qaragöz" filmi təqdim olundu - FOTOLAR - VİDEO

Ötən gün Nizami Kino Mərkəzində “Qaragöz” komediya filminin təqdimat mərasimi keçirilib.

News24.az xəbər verir ki, baş rollarını rəqqasə Oksana Rəsulova, aktyorlar Elməddin Cəfərov və Kəbir Kərimovun canlandırdığı ekran işinin qala gecəsinə bir çox tanınmış simalar qatılıb.

Elməddin Cəfərov ekran işində canlandırdığı Qara obrazı haqda danışıb:

"Qara olduqca xəsis insandır. İndiyədək ifa etdiyim ən ağır rol olduğunu deyə bilərəm. Çünki film ərzində bu rolun xarakteri bir neçə dəfə və kəskin şəkildə dəyişir.

Filmin sonunda Qara tamam başqa bir insana çevrilir. Qara o qədər xəsis insandır ki, qazandığı pulu heç özünə də xərcləmir.
Filmdə xəsislik, ata qayğısı, sevgi, komediya, göz yaşı və faciə var. Filmin içində "Arşın mal alan" tamaşası ifa olunacaq. Burada mən Əsgər rolunda ifa etməliyəm. Bu, çox ağır roldur. Ümid edirəm ki, tamaşaçılar bəyəncək".

Tamaşaçıları zala dəvət edən təşkilatçılar onlar üçün kiçik sürpriz də hazırlayıb.

Zümrüd Bədəlovanın aparıcılığı ilə baş tutan filmin nümayişindən öncə canlı orkestr konsert proqramı ilə çıxış edib. Daha sonra isə “Qaragöz” yayımlanıb.

Teymur Məmmədov
VİDEO: Nurlan Gülməmmədov