Bakıda qəbristanlıqdan 2 000 manatlıq oğurluq edilib
    • 17-12-2020, 13:18
    • 476

Bakıda qəbristanlıqdan 2 000 manatlıq oğurluq edilib

Binəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazilriyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarını əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr ayında Binəqədi şossesinin kənarında yerləşən qəbristanlıqda iki məzarın ətrafına çəkilmiş 2 000 manat dəyərində olan dəmir məhəccərləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Orucov saxlanılıb.