Gədəbəydə evdən 3 min manatdan artıq pul oğurlanıb
    • 21-12-2020, 15:52
    • 327

Gədəbəydə evdən 3 min manatdan artıq pul oğurlanıb

Gədəbəydə mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3300 manat oğurlamaqda şübhəli bilinən Daşbulaq kənd sakini Ə.Ramazanov saxlanılıb.