-
- 30-12-2020, 14:24
- 567
Dekabrın 31-i və yanvarın 1-də avtobuslar işləyəcək
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarına uyğun olaraq, ölkə ərazisində olduğu kimi Bakı şəhərində də ictimai nəqliyyatın fəaliyyəti 31 yanvar 2021-ci il tarixinədək yalnız hər həftənin şənbə və bazar günləri dayandırılır.
News24.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, yeni il tətili günlərində də bu qərar əsas götürülməklə 2 yanvar gecə saat 00:00-dan 4 yanvar səhər saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
31 dekabr 2020-ci il, eləcə də 1 və 4 yanvar 2021-ci il tarixləri isə müvafiq olaraq həftənin cümə axşamı, cümə və bazar ertəsi günlərinə təsadüf etdiyindən həmin günlərdə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə sərnişinlərimizin xidmətində olacaq.