Balakənda baş verən qəzada sərnişin öldü
    • 2-01-2021, 12:18
    • 416

Balakənda baş verən qəzada sərnişin öldü

Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.a-a verilən məlumata görə, hadisə dekabrın 31-də saat 21 radələrində Balakən şəhəri ərazisində qeydə alınıb.

Meşəşambul kənd sakini R.Xəlilov idarə etdiyi “Khazar” markalı avtomobili aşırıb.

Nəticədə sərnişini, Hənifə kənd sakini Nicat Keçiliyev xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.