Bakıda birmərtəbəli evdə yanğın olub, bir nəfər təxliyə olunub
    • 4-01-2021, 19:31
    • 403

Bakıda birmərtəbəli evdə yanğın olub, bir nəfər təxliyə olunub

Bakıda birmərtəbəli evdə yanğın hadisəsi baş verib.

News24.az
-;n Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayonunda bir-birinə bitişik tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 30 m² olan taxta konstruksiyalardan ibarət ev və içərisindəki əşyalar, ümumi sahəsi 60 m² olan evin pəncərə çərçivəsi və ümumi sahəsi 35 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb