Dəhşətə gətirən dəyişim - NASA ŞƏKİLLƏRİ YAYDI
    • 6-01-2021, 13:42
    • 291

Dəhşətə gətirən dəyişim - NASA ŞƏKİLLƏRİ YAYDI

Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) planet və insanlığın gələcəyini hədələyən iqlim dəyişikliyi və insan fəaliyyətlərinin səbəbi olan şəhərləşmə, yanğın, buzlaq əriməsi, sel kimi hadisələrin dünyanı necə dəyişdirdiyini göstərən şəkil kolleksiyası yayımlayıb.

News24.az xarici KİV-ə istinadən bildirir ki, 500 şəkildən  ibarət  “Images of Change” adlı seriya özündə Artikadakı 1984-2020-ci illər arasında olan dəyişiklikləri, Argentinadakı meşələrin məhv edilməsi Pakistandakı leysanları da əhatə edir.

NASA alimi Coey Komiskonun deyib ki, “Çox güman ki, bu əsrdə Arktikanın yay dəniz buzları tamamilə yox olacaq”.

Onu da qeyd edək ki, seriyada Vaşinqtonun Skamania bölgəsindəki Müqəddəs Helens Dağındakı vulkanın 1980-ci ildə şiddətlə püskürdüyü və yüzlərlə kvadrat millik meşəni məhv etdiyi də yer alır.