İsrail və Danimarka sərt karantinə keçdi
    • 6-01-2021, 14:02
    • 428

İsrail və Danimarka sərt karantinə keçdi

İsrail və Danimarkada koronavirusla mübarizədə tədbirlər sərtləşdirilib. “Qafqazinfo” xəbər verir ki, hər iki ölkədə sərt karantin rejiminin tətbiqi barədə qərar verilib.

News24.az xəbər verir ki, İsrail hökuməti “COVID-19”la mübarizə üçün dekabrın 7-də məhdudiyyətlərin artırılacağını açıqlayıb. Qaydalar cümə axşamı qüvvəyə minəcək və 14 gün davam edəcək. 

Məktəb, uşaq bağçaları fəaliyyətini dayandıracaq, distant təhsilə keçid olacaq. Market, aptek və çörək zavodları fəaliyyət göstərəcək, digər müəssisələr bağlanacaq.

Danimarka Baş naziri Mette Frederiksen isə ölkədə risk səviyyəsinin 4-dən 5-ə qalxdığını qeyd edib.

Qərarlara görə, ən çox 10 nəfərin bir araya gəldiyi toplaşma sayı 5 nəfərə endirilib, 1 metr olan sosial məsafənin tətbiqi 2 metrə çatdırılıb. Qaydalar yanvarın 17-dək qüvvədə qalacaq.