Erməniləri Xudavəngə buraxmadılar
    • 6-01-2021, 17:53
    • 354

Erməniləri Xudavəngə buraxmadılar

Erməniləri Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırına buraxmayıblar.

News24.az xəbər verir ki, bu barədə Xudavəngi ziyarət etmək istəyən Ermənistan sakini Yevgeniya Yengibaryan feysbuk hesabında yazıb.

O bildirib ki, Milad günü Xudavəngi ziyarət etmək istəsə də buna nail ola bilməyib:"Rəfiqəm ilə Xudavəngə gedə bilmədik. Ora səfərlərin hər bazar olmasına baxmayaraq, məhz bu gün orada olmaq istədik. Bizim 40 nəfər olmağımıza baxmayaraq, həmçinin ziyarət etmək istəyənlərin sayında məhdudiyyətin olmaması bildirilsə də, bizim tərəf yalnız 30 ziyarətçini türklərlə razılaşdırıb. Nəticədə üçüncü avtobusdan hamını düşürdüblər. Hə, Xudavəngi ziyarət etmək düşmənlə razılaşdırmadan asılıdır. Salam, yeni reallıq. Əsas məsələ səninlə necə barışaq və dəli olmayaq".