“Milan”ın hücum xəttində YENİ ÜNVAN - Mandzukiç
    • 18-01-2021, 15:27
    • 801

“Milan”ın hücum xəttində YENİ ÜNVAN - Mandzukiç

Xorvatiya yığmasının sabiq hücumçusu Mario Mandzukiç özünə yeni klub tapıb.

News24.az xəbər verir ki, 34 yaşlı forvard İtaliya klubu “Milan”la razılığa gəlib.


İtalyan mətbuatında yayılan məlumatlara görə o, yarım mövsüm üçün 1,5 milyon avro əlavə bonus qazanacaq.

Son olaraq ötən ilin yayında Qətər təmsilçisi “Əl-Duhail”dən ayrılan qolçu oyunçu “rossonyerlər”lə danışıqları müsbət yekunlaşdırıb. Tərəflərin tezliklə 6 aylıq rəsmi müqaviləyə qol çəkəcəyi bildirilib. O, milanlılara azad agent kimi keçəcək.

Qeyd edək ki, Mario Mandzukiç 2015-2019-cu illərdə İtaliyada “Yuventus”un formasını geyinib.