AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı
    • 29-01-2021, 15:10
    • 1 165

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

News24.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra bir neçə qərar qəbul edilib.

Mövsüm ərzində fərqlənən hakimlərə təqdim olunması üçün “Tofiq Bəhramov mükafatı” təsis olunub.

Koronavirus pandemiyası və Vətən müharibəsi dövründə müxtəlif tibb müəssisələrində fəaliyyət göstərmiş Azərbaycan milli komandalarının həkimlərinə AFFA-nın İcraiyyə Komitəsi tərəfindən təşəkkür edilib.

Həkimlərdən Lalə İbrahimova koronavirus koronavirusla bağlı çalışıb, Natiq Süleymanov isə Vətən müharibəsində fəaliyyət göstərib.