Binəqədi koronavirusa yoluxmada ilk yerdədir
    • 2-02-2021, 10:47
    • 243

Binəqədi koronavirusa yoluxmada ilk yerdədir

Bakıda üzrə koronavirus infeksiyasına ən çox yoluxmanın qeydə alındığı ərazi açıqlanıb.

News24.az xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonundadır.

Bu rəqəm Binəqədidə 15,1 %-dir.

Sonrakı yerlərdə 13,1 %-lə Xətai, 12,2 %-lə Yasamal, 10,8 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,8 %-lə Nəsimi, 7 %-lə Nizami, 6,9 %-lə Xəzər, 5,3 %-lə Qaradağ, 5 %-lə Səbail, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.