Ötən il Azərbaycanda baş verən fövqəladə hadisələrdə ölənlərin sayı AÇIQLANDI
    • 2-02-2021, 12:34
    • 318

Ötən il Azərbaycanda baş verən fövqəladə hadisələrdə ölənlərin sayı AÇIQLANDI

Azərbaycanda ötən il baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, 2020-ci il ərzində respublika ərazisində 14780 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu il ilə müqayisədə 1791 hadisə və ya  11% azdır.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində  87  nəfər ölüb,  278 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 41 nəfər xilas edilib, 514 nəfər təxliyə olunub.