Bakıda 5 müəllim və məktəbəhazırlıq qrupundakı 1 uşaqda koronavirus aşkarlandı
    • 5-02-2021, 11:21
    • 257

Bakıda 5 müəllim və məktəbəhazırlıq qrupundakı 1 uşaqda koronavirus aşkarlandı

Fevralın 1-dən ötən müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələri üzrə 5 müəllim və məktəbəhazırlıq qrupuna cəlb olunan bir uşaqda koronavirus infeksiyası (COVİD-19) aşkar olunub.

İdarədən News24.az-a verilən məlumata görə, 9 şagird, 2 müəllim, 1 məktəb psixoloqu, 1 laborant, 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.