Mağazadan 20 mindən çox oğurluq edənlər narkotiklə tutuldular
    • 11-02-2021, 16:36
    • 355

Mağazadan 20 mindən çox oğurluq edənlər narkotiklə tutuldular

Cəlilabad rayonunda mağazadan oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, fevralın 7-də rayon ərazisindəki mağazaların birindən 14.300 manat və 6400 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Tovuz rayon sakini C.Cəfərov və Abşeron rayon sakini A.Əsədullayev saxlanılıb.

Şəxsi axtarış zamanı C.Cəfərovdan 63 qramdan artıq heroin, 91 qramdan artıq metamfetamin və 1 ədəd bıçaq, habelə A.Əsədullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı oradan 1 ədəd bıçaq aşkar edilərək götürülüb.