BNA  avtobusların gecikmə səbəbini açıqladı
    • 18-02-2021, 19:21
    • 348

BNA avtobusların gecikmə səbəbini açıqladı

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, sıxlıq əksər istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların orta hərəkət sürətinin azalmasına və intervalın gecikməsinə səbəb olub.