-
- 19-02-2021, 13:55
- 745
Tengiz Txilava: Erkən seçkiyə gedilməsə, Gürcüstan dövlətçiliyi üçün ciddi təhlükə yaranacaq
Gürcüstanda məhkəmənin müxalif Vahid Milli Hərəkat partiyasının lideri Nika Meliya ilə bağlı həbs qərarı verməsi ölkədə siyasi gərginliyi artırıb. Siyasi böhran baş nazir Georgi Qaxariyanın istefası ilə nəticələndi. Meliya və tərəfdarları isə məhkəmənin qərarına tabe olmaq niyyətində deyillər. Gürcüstanda baş verənlər hansı ssenari üzrə inkişaf edə bilər? Hazırda qonşu Gürcüstanda baş verənlər yalnız regionda deyil, beynəlxalq miqyasda diqqət mərkəzindədir.
ABŞ-ın Gürcüstandakı səfirliyi Vahid Milli Hərəkat partiyasının lideri Nika Meliya ilə bağlı yaranan situasiyaya görə bir neçə saat ərzində iki dəfə bəyanat verməli olub. Səfirlik hər kəsi sakitliyi qorumağa çağırıb. Gürcüstanın eks-prezidenti, Vahid Milli Hərəkat Partiyasının keçmiş sədri Mixail Saakaşvili də Meliyanın həbsini kəskin tənqid edib. O, Gürcüstanda artıq məhkəmənin mövcud olmadığını bildirib: “İvanişvili bütün dövlət institutlarını dağıdıb. O, bizim ölkəni, hər insanın vicdanını yox edib. Gürcstanda məhkəmə korpusu mövcud deyil. Bu, böyük qohum klanıdır. Bizim Nika ilə fəaliyyət planımız qanunun və ədalətin keşiyində olmaqdır”, - deyə Saakaşvili bildirib.
Bu məsələ ilə bağlı News24.az-a açıqlama verən gürcü politoloq Tengiz Txilava bildirib ki, hazırda Gürcüstanda baş verənləri siyasi böhran kimi xarakterizə etmək olar: “Bu, çox dərin siyasi böhrandır, üstəlik bu durum hər gün daha da dərinləşir. Bu böhranın yaranması və dərinləşməsinin səbəbi hakimiyyət və müxalifətin sərt mövqe tutmasıdır. Onlar heç cür razılığa gələ bilmirlər. ABŞ və Avropa ittifaqının səfirləri hakimiyyət və müxalifət arasında dialoqa cəhd etsələr də, tərəflər öz mövqelərində qaldılar".
Tengiz Txilavanın sözlərinə görə, Meliya haqqında həbs qərarı "od üstünə yağ tökmək" effekti verib: “Meliya 2019-cu ildə ölkədə iğtişaşların təşkilində günahlandırılır. Onun günahkar olduğu məhkəmədə nə dərəcdə sübut olunacaq, məlum deyil. Lakin Gürcüstan parlamentinin Meliyanın deputat toxunulmazlığını ləğv etməsi doğru deyildi. Qanun buna məcbur etmirdi. Parlament siyasi strukturdur. Parlament Meliyanın toxunulmazlığını ləğv etməsəydi, bu böhranı yüngülləşdirmək olardı. Lakin bunu etmədilər".
Gürcü politoloq deyir ki, məhkəmənin həbs qərarı verməsi baş nazirin istefası ilə nəticələndi. Bununla da Gürcüstandakı siyasi böhran təhlükli fazaya daxil oldu: “"Mən bu situasiyadan çıxış yolunu erkən seçkilərdə görürəm. Onlar bu və ya digər şəkildə buna gedəcəklər. Çünki müxalifət pandemiya dövründə yaranan iqtisadi böhrandan hakimiyyətə qarşı istifadə edəcək. Bu təbiidir". Tengiz Txilava hesab edir ki, erkən parlament seçkiləri nə qədər tez keçirilərsə, siyasi böhran o qədər tez həll olunar. Lakin istənilən halda vəziyyətin sabitləşməsi üçün kifayət qədər vaxt lazım olacaq. Politoloq seçkilərə gedilməyəcəyi təqdirdə isə böhranın daha kəskin hal alacağını və Gürcüstan dövlətçiliyi üçün ciddi təhlükə yaradacağını bildirdi.
Nilay Nurəli