Saatlarla avtobus gözləyən kim, işə getmək üçün taksiyə 30 manat verən kim BAKININ QARI  -  VİDEOREPORTAJ
    • 24-02-2021, 17:44
    • 420

Saatlarla avtobus gözləyən kim, işə getmək üçün taksiyə 30 manat verən kim BAKININ QARI - VİDEOREPORTAJ

Bu gün gecə saatlarından Bakıya qar yağır. Səhərə yaxın yollar buz bağlayıb, nəqliyyatın hərəkətində çətinlik və tıxaclar yaranıb. İnsanlar işə, şagirdlər məktəbə gedə bilməyiblər. Üstəlik şəhərin yalnız mərkəzi küçələrinə duz və qum səpilib. Paytaxtın digər küçə və prospektlərində isə nə qumdan, nə də duzdan əsər-əlamət yoxdur. Baxmayaraq ki, bir neçə gündür hidrometereoloqlar hava ilə bağlı xəbərdarlıq edir, əlaqədar qurumlar bununla bağlı ciddi hazırlıq görməyiblər. Bu səbəbdən də gecə saatlarından bu vaxtadək şəhərin müxtəlif istiqamətlərində zəncirvari qəzalar olub, nəticədə ölüm halları qeydə alınıb. 

News24.az olaraq paytaxtın hazırkı vəziyyətini sizə təqdim edirik:


Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov