“Sahil” bağındakı fəvvarələrin kabellərini oğurladı - Video
    • 9-03-2021, 17:30
    • 377

“Sahil” bağındakı fəvvarələrin kabellərini oğurladı - Video

“Sahil” bağındakı fəvvarələrin elektrik kabellərini oğurlayan şəxs saxlanılıb.

News24.az DİN-ə istinadən xəbər verir ki, Səbail rayon ərazisində yerləşən “Sahil” bağındakı fəvvarələrin elektrik kabellərini oğurlayan paytaxt sakini Azər Məmmədov saxlanılıb. Onun müxtəlif vaxtlarda həmin parkda  uzunluğu 900 metr dəyəri 2500-300 manat olan elektrik kabellərini oğurladığı məlum olub. A.Məmmədov əldə etdiyi kabelləri yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrindən  birinə satıb.

Bundan başqa, həmin rayonda iki binanın saxlanc yerindən məişət əşyaları, bir nəqliyyat vasitəsinin yan güzgüsünü və 3 nəfərin evindən geyim əşyalarını  oğurlayan, əvvəllər məhkum olunmuş Emil Məlikli saxlanılıb.  

E.Məliklinin zərərçəkən şəxslərə ümumilikdə 3000 manata yaxın maddi ziyan vurduğu məlum olub.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.