-
- 11-03-2021, 15:25
- 631
"Ermənilər razılaşmadan imtina etsələr..." - Zülfüqarovdan ZƏNGƏZUR AÇIQLAMASI- VİDEO
Rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Zəngəzurun Azərbaycana qaytarılmasının erməni siyasətində çox fəal şəkildə müzakirə edildiyini bildirib. O qeyd edib ki, Zəngəzurun Azərbaycan torpağı olması faktı erməni xalqının özünün də şüurunda mövcuddur. Hətta bu fikrin daşıyıcıları Ermənistanda durmadan artır. Bundan əlavə, Ermənistanın sabiq xarici işlər naziri, "Çiçəklənən Ermənistan" Partiyasının parlament fraksiyasının deputatı Vardan Oskanyan bu günlərdə bəyan edib ki, Ermənistanda daxili siyasi və sosial böhran davam edərsə, İrəvan Sünik (Zəngəzur) ilə tam vidalaşmalı olacaq.
Azərbaycanın keçmiş xarici işlər naziri, tanınmış politoloq Tofiq Zülfüqarov məsələni News24.az-a şərh edib. O, bildirib ki, bu məsələdə söhbət kommunikasiya yollarından gedirsə, Zəngəzur dəhlizinin qaytarılması 10 noyabr sənədində nəzərdə tutulub: "Buna aid məlum addımlar atılıb və görüşlər olub. Dövlət başçımızın qeyd etdiyi kimi, ermənilər orada maneələr törədirlər. Biz isə onları sıxışdıracagıq. Ermənistan müxalifətinin 10 noyabr razılaşmasından geri çəkilməsini hakimiyyətdən tələb etməsi ilə də bağlı fikirlər səsləndirlir. Əgər onlar bu razılaşmadan geri çəkilsələr, Azərbaycanın üzərinə götürdüyü öhdəliklər də bununla bitəcək. İstisna etmirəm ki, belə bir hal yaransa, Azərbaycan tərəfindən Zəngəzur koridorunun açılması üçün müxtəlif addımlar atıla bilər”.
Siyasət şöbəsi