Vilayət Quliyevin qızı VƏFAT ETDİ
    • 15-03-2021, 10:54
    • 573

Vilayət Quliyevin qızı VƏFAT ETDİ

Azərbaycanın sabiq xarici işlər naziri, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin qızı vəfat edib.

News24.az xəbər verir ki, V.Quliyevin qızı Humay Quliyeva martın 13-ü qəfil dünyasını dəyişib.

Humay Quliyeva BP, Dünya Bankı, “Financial Times”, Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib. O, Amerika, Afrika vəbir çox ölkələrdə xidmətlər göstərib.

O, Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) aktiv iştirakçılarından biri olub.