Bakıda qadını avtomobillə vurub qaçan şəxs saxlanıldı
    • 15-03-2021, 12:53
    • 409

Bakıda qadını avtomobillə vurub qaçan şəxs saxlanıldı

Bakıda qadını avtomobillə vurub qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, martın 12-də saat 15 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini N.Dadaşova vurulub və piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini C.Cəfərov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.